SON DƏQİQƏ! Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə məruz qalır
    • 11-05-2023, 17:42
    • 300

SON DƏQİQƏ! Azərbaycan Ordusunun mövqeləri artilleriya atəşinə məruz qalır

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

News24.az  xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.