Heç kimi inandıra bilmədi, DNT testi ilə sübut etdi!
    • Dünən, 23:40
    • 70

Heç kimi inandıra bilmədi, DNT testi ilə sübut etdi!

Adanada vizajist olan 25 yaşlı Çağlar Kumlutaş bir sıra plastik əməliyyatlar keçirərək 146 kilodan 72 kiloya düşüb.

News24.az xəbər verir ki, o, bu dəyişiklikdən sonra pasportunu yeniləmək istəyəndə səlahiyyətliləri razı sala bilməyib. Polis Kumlutaşı polis bölməsinə aparıb və o, DNT testi ilə kimliyini sübut etməli olub.

Yaşadıqlarını izah edən Kumlutaş, “Yuxu apne problemim var idi. Hətta işləyərkən də daim yuxuya gedirdim. Gedəcəyim yerdən yatıb qaldığım üçün 3-4 dayanacaq sonra düşürdüm. Yuxuya getdiyim üçün ailəm daim məni axtarırdı, həmişə məni gözləyirdilər və qorxurdular” dedi.

Yuxuya getdiyi üçün bu problemi necə həll edəcəyini araşdırmağa başlayan Çağlar Kumlutaş, “Həkimə getdim. Əməliyyat olundum, əməliyyatdan əvvəl 146 kilo idim. İndi 72 kiloyam, xoşbəxtəm" dedi.

Əməliyyatdan sonra insanların onu tanımadığını ifadə edən Kumlutaş, “Ətrafımdakı insanlara özümü təqdim edirəm. Pasportumu yeniləmək üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə getdim. Polis qrupları vətəndaşlıq vəziyyəti aktlarını qeyd etmə şöbəsinə gələrək məni polis bölməsinə apardılar".

Polis bölməsində ifadəsinin alındığını bildirən Kumlutaş, "Ailəm gəldi. Əslində problem odur ki, cihaz normal olaraq köhnə foto ilə yeni fotoşəkil arasındakı oxşarlığı ölçür və oxşarlıq 20% olmalıdır. Mənim 3% oxşarlığım olanda işçilər vəziyyəti polisə bildiriblər. DNT testi və ailəmin təsdiqi ilə pasportum və şəxsiyyət vəsiqəsi yeniləndi".

Günel Məlikzadə