“Instagram” hesabınız nəyə görə bloklana bilər?
    • Dünən, 23:13
    • 42

“Instagram” hesabınız nəyə görə bloklana bilər?

"Instagram" hesabının bloklanması bir çox səbəblərdən qaynaqlana bilər.

Day.Az Paylaşımımıza nəzər yetirərək onlarla tanış ola, ətraflı məlumat üçün aşağıdakı ünvana keçid edib, "Terms and Policies" bölməsinin "İcma qaydaları (Community Guidelines)" hissəsindən təlimatları oxuya bilərsiniz: help.instagram.com

"Instagram" hesabınız bu səbəblərdən bloklana bilər.

1) Uyğun olmayan məzmunun yerləşdirilməsi, çılpaqlıq, nifrət nitqi, təhdid və ya zorakılıq ehtiva edən məzmun;

2) Başqasına məxsus məzmunu onun icazəsi olmadan paylaşmaq;

3) Təkrarlanan şərhlər və mesajlar yazmaq;

4) İzləyici və bəyənmə satın almaq, hərəkətləri avtomatlaşdıran üçüncü tərəf proqramlardan istifadə və başqasını təqlid etmək;

5) Birdən çox istifadəçi tərəfindən şikayət edilmək.