Qadın elektron qolbağı pişiyə taxaraq həbsdən qaçdı
    • 12-05-2023, 09:09
    • 151

Qadın elektron qolbağı pişiyə taxaraq həbsdən qaçdı

Rusiyada ev dustaqlığında olan qadın elektron qolbağı pişiyə taxaraq qaçıb.

News24.az xəbər verir ki, hadisə Novokuznetsk şəhərində olub. 

Qeyd olunub ki, 45 yaşlı Marina Gileva narkotik satmaqda ittiham edilib. O, 2016-cı ildən internet vasitəsilə qanunsuz maddələrin satışı ilə məşğul olub.

Hüquq-mühafizə orqanları 2017-ci ilin martında cinayət əməllərinin üstünü açıb. 

2019-cu ilin oktyabr ayında qadının ortağı 15 il müddətinə həbs edilib və 500 min rubl cərimələnib. Gileva isə ev dustaqlığına buraxılıb. Lakin o, ev heyvanına elektron qolbaq taxaraq qaça bilib. 

Daha sonra axtarışa verilən qadın saxlanılıb. İndi o, həbsdədir. /REN Tv/