“Türkmənqaz”a yeni rəhbər təyin edildi
    • 14-05-2023, 10:42
    • 221

“Türkmənqaz”a yeni rəhbər təyin edildi

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Maksat Babayevi dövlət naziri və “Türkmənqaz” dövlət konserninin sədri təyin edib.

News24.az report-a istinadən xəbər verir ki, buna qədər M.Babayev konsern rəhbərinin müavini vəzifəsində çalışıb.

“Türkmənqaz”ın keçmiş rəhbəri Batır Amanov da vəzifəsi artırılıb. O, Baş nazirin Yanacaq-energetika kompleksinə nəzarət edən müavini olub.