Bu məşhurlar deputat seçilə bilmədi - FOTOLAR
    • 15-05-2023, 15:09
    • 169

Bu məşhurlar deputat seçilə bilmədi - FOTOLAR

Türkiyədə keçirilən parlament seçkilərində bir çox məşhurlar da deputatlığa namizəd olub. Lakin kifayət qədər səs toplaya bilməyən məşhur simalar parlamentə daxil ola bilməyib.

News24.az "Haber Global" a istinadən xəbər verir ki, aktyor Kerem Fırtına, Barış Atay, Serhat Özcan, İlyas Salman, Mehmet Aslantuğ namizəd olsalar da, parlamentə daxil ola bilməyiblər. 

Millət vəkili ola bilməyən məşhurlarla yanaşı parlamentə seçilən tanınmış simalar da olub.

Belə ki, keçmiş futbolçu Alpay Özalan və Ünal Karaman, "Miss Türkiyə" iştirakçısı Seda Sarıbaş, aktyor Bahadır Yenişehirlioğlu və musiqiçi Yücel Arzen millət vəkili olub. 

Qumral Əliyeva