"Azərbaycanla İordaniya dost və qardaş ölkələrdir" - Prezident
    • 16-05-2023, 17:20
    • 256

"Azərbaycanla İordaniya dost və qardaş ölkələrdir" - Prezident

Azərbaycanla İordaniya dost və qardaş ölkələrdir və əlaqələrimiz müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir.

News24.az xəbər verir ki, bunu Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbulu zamanı deyib.

Prezident İlham Əliyev görüş zamanı ikitərəfli münasibətlərə də toxunub.