Tanınmış aktrisa vəfat etdi - FOTO
    • 14-05-2024, 10:47
    • 11 907

Tanınmış aktrisa vəfat etdi - FOTO

Türkiyəli teatr və kino sənətçisi Aytən Gökçer 84 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, Gökçerin cənazəsi mayın 15-i çərşənbə günü günorta namazından sonra Zincirlikuyu qəbiristanlığında həyat yoldaşı Cüneyt Gökçerin yanında dəfn ediləcək.

Bildirək ki, Aytən Gökçer 26 yanvar 1940-cı ildə Ankarada anadan olub. 1952-ci ildə Ankara Dövlət Konservatoriyasının balet şöbəsinə başlayan Gökçer, 1958-ci ildə Ankara Dövlət Teatrının rəssam heyətində işə başlayıb.

1964-cü ildə teatr aktyoru Cüneyt Gökçerlə ailə quran Aytən Gökçerin Aslı Gökçer Oba adlı bir qızı var.

Günel Məlikzadə