ABŞ-dan İrəvana ŞOK TƏKLİF: Gümrüdəki bazanı bağlayın, rus hərbçilərini isə...
    • 17-05-2023, 12:31
    • 185

ABŞ-dan İrəvana ŞOK TƏKLİF: Gümrüdəki bazanı bağlayın, rus hərbçilərini isə...

ABŞ Ermənistana Rusiya bazası və sərhədçilərinin yerləşdirilməsindən imtina etməyi tövsiyyə edir, bunun müqabilində təhlükəsizliyi təmin edəcəyini vəd edir.

News24.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Mən bilirəm ki, ermənilər, bizdə belə bir məlumat var, onlar (ABŞ və onun müttəfiqləri – Red.) deyirlər, bizə gəlin, rusları öz ərazinizdən qovun, sərhədçiləri çıxarın, hərbi bazanı bağlayın, amerikalılar təhlükəsizliyin təmin olunmasına kömək edəcəklər. Açıq-aşkar təxribatdır. Bu da diplomatiya deyil... Artıq diplomatiya yoxdur. Birbaşa rüşvət var”, - deyə Lavrov Tsarqrad telekanalına müsahibəsində bildirib.

O, həmçinin xatırladıb ki, ABŞ tez-tez müttəfiqlərini meydanda tək qoyur. “Biz Qərbin keçmişdə bir növ mərc etdiyi şəxslərlə necə davrandığını görürük. Misir prezidenti Hüsnü Mübarəyə arxa çevirdilər,  o, “Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa verdi, qaçmadı... ABŞ bu ölkənin iyirmi illik işğalı zamanı güvəndiyi Əfqanıstan rəhbərliyinə də arxa çevirdi”, - Lavrov vurğulayıb.

Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində yerləşdirilib. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti də İrəvanda yerləşən Erebuni aviabazasıdır.

Turan