Krımda dəmir yolunda partlayış oldu
    • 18-05-2023, 11:28
    • 157

Krımda dəmir yolunda partlayış oldu

Krımda dəmir yolunda baş verən partlayış nəticəsində bir neçə vaqon relsdən çıxıb.

News24.az xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Aksenov bildirib.

Krımda Simferopol və Sevastopol arasında elektrik qatarlarının hərəkəti dayandırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Krım Dəmir Yolunun mətbuat xidməti vaqonların relsdən çıxmasının icazəsiz şəxslərin müdaxiləsi nəticəsində baş verdiyi barədə açıqlama verib./Tass/

Qumral Əliyeva