Rusiyada dəmiryol xətti partladıldı
    • 2-05-2023, 22:35
    • 279

Rusiyada dəmiryol xətti partladıldı

Rusiyanın Braynsk vilayətində dəmiryol xəttinin Snejetskaya-Ağ Sahil məntəqələrindən keçən hissəsində partlayış törədilib.

News24.az Rusiya mediasına istinadən xəbər verir ki, ərazidə üç partlayış baş verib.

Diversiya aktı nəticəsində 2-3 vaqon relsdən çıxıb. İlkin məlumata görə, partayıcı qurğu dəmiryol xəttinin bir neçə hissəsinə qoyulub. Partlayış nəticəsində xəsarət alan olmayıb, diversantlar axtarılır.

Digər mənbələrin verdiyi məlumata görə isə, ümumilikdə 20-yə yaxın vaqon relsdın çıxaraq aşıb.