Azərbaycanda 22 min yeni iş yeri yaradılıb
    • 18-02-2019, 12:17
    • 945

Azərbaycanda 22 min yeni iş yeri yaradılıb

Bu günə qədər Azərbaycanda sahibkarlara 345 investisiya təşviqi sənədi verilib.

News24.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı forumda çıxışı zamanı deyib.

O bildirib ki, bu çərçivədə ölkə iqtisadiyyatına 3 milyard manat investisiya qoyulub və 22 min yeni iş yeri yaradılıb: “2018-ci ildə özəl sektor ümumi daxili məhsulda 84% paya malik olub, əhalinin məşğulluğunun 76%-ni təmin edib”.

Teymir MƏMMƏDOV