Qazini maşın vurub öldürdü - FOTO
    • 19-05-2023, 10:25
    • 201

Qazini maşın vurub öldürdü - FOTO

Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində ölümlə nəticələnən yol qəzası olub.

News24.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Kamilov Mirdamət Mirkamıl oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə piyada 2001-ci il təvəllüdlü Rüstəmov Vüqar Pünhan oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, V.Rüstəmov Vətən müharibəsi qazisidir. O, müharibədə iştirakına görə bir neçə medalla təltif edilib./qafqazinfo/