“O biri uşaqlara da imkan verin” - Etiraz etdi
    • 19-05-2023, 11:51
    • 229

“O biri uşaqlara da imkan verin” - Etiraz etdi

Müğənni Nadir Rüstəmli yeni bir filmə dəvət aldığını, layihədə Azər Aydəmirin də rol alacağını açıqlayıb.

News24.az Olay-a istinadla xəbər verir ki, “Səhərin səsi” proqramında səslənən fikirlərə verilişin aparıcısı Samir Bayramlı münasibət bildirib.

O deyib: “Ölkədə 5 film var, 6-da Azər Aydəmir çəkilir. Uşağa imkan verin. Ölkədə aktyor qurtarıb? Çox keyfiyyətli aktyordur, istedaddır, mimikaları dərsinin rənginə qədər verə biləcək qədər peşəkardır. Amma hər yerdə də bir adamı çəkmək olmaz. O biri uşaqlara da imkan verin”.