Xəstəxanaya yerləşdirilən Sərxan: “İmkan verin sağalım” - FOTO
    • 24-08-2018, 10:20
    • 1 054

Xəstəxanaya yerləşdirilən Sərxan: “İmkan verin sağalım” - FOTO

Aktyor və aparıcı Sərxan Kərəmoğlu xəstəxanaya yerləşdirilib.

Bu haqda aparıcının özü məlumat verib. O, uzun zamandır xəstəlikdən əziyyət çəkdiyini bildirib:

“Allah hər kəsə sağlam ömür versin. Efirə çıxa bilmədim. Həkimlər icazə vermədi. Ümid edirəm ki, hər şey gözəl olacaq. Sevirəm size əzizlərim.

Kimsə narahat olmasın və gəlməyə də ehtiyac yoxdur. Sizin varlığınız mənə bəsdir. Kim bunu şou kimi düşünür Allah böyükdür. Mən 4 ildir əziyyət çəkirəm. May ayından isə ara-sıra panik atak oluram. Son günlər isə nəfəs alma problemim başlayıb. Narahat kimi olanlara deyirəm ki, imkan verin sağalım”.

Teymur Məmmədov