Müəllim yol polisinə müraciət etdi - FOTO
    • 19-05-2023, 12:33
    • 206

Müəllim yol polisinə müraciət etdi - FOTO

Xaçmaz rayon Cığatay kənd orta məktəbinin müəlliməsi Vəfa Musayevanın müraciəti əsasında məktəblilərin təhlükəsizliyini təmin etmək üçün qeyd olunan yol sahəsində DYP tərəfindən nişanlanma işləri həyata keçirilib.

News24.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis mayoru Rövşən Tağıyev şəxsi “Facebook” hesabında məlumat paylaşıb.

Belə ki, Vəfa Musayeva bir müddət öncə Xaçmaz rayon Cığatay kənd ibtidai məktəbinin önündə baş vermiş yol nəqliyyatı hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. “Müraciətimdə məktəbin qarşısından keçən yolda piyada keçidi və təhlükəsizlik nişanlarının qoyulması ilə bağlı təklif irəli sürdüm. DYP təklifimi əsaslı qəbul edərək çox qısa bir müddət ərzində məktəbimizin önündə uyğun yol nişanlarının yerləşdirilməsi ilə bağlı təlimat verdi. Dünən artıq bizim də məktəbimizin önündə hərəkəti tənzimləyən yol nişanları quraşdırıldı. Yollarda hərəkətin tənzimlənməsini təkcə nişanlar deyil,sürücülər və piyadalar da öz düzgün davranışları ilə nümunə olurlar.”

Vəfa Musayeva məktəblilərin təhlükəsizliyi üçün həyata keçirilən işin icrasında yaxından dəstəyinə görə şöbə rəisi Rövşən Tağıyevə təşəkkür edib.