Instagram-a giriş bloklandı
    • Bu gün, 09:38
    • 101

Instagram-a giriş bloklandı

Türkiyədə İnstaqram-a giriş avqustun 2-də BTQ tərəfindən bloklanıb.

News24.az xəbər verir ki, İnstaqram-a giriş  blokunun nə üçün edildiyi və bunun nə qədər davam edəcəyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

İyulun 31-də Kommunikasiya Direktoru Fahrettin Altun sosial media platforması X hesabında Haniyənin ölümündən sonra başsağlığı mesajı yayımladı və İnstaqramın Haniyə ilə bağlı yazıları blokladığını vurğulayaraq dedi:

“Həmçinin heç bir əsas vermədən insanların Haniyənin şəhadəti ilə bağlı başsağlığı göndərməsinə mane olan Instagram sosial media platformasını da şiddətlə qınayıram. Bu senzura üçün çox aydın və aşkar bir cəhddir" .


Günel Məlikzadə