Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub (FOTO)
    • 19-05-2023, 19:08
    • 261

Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub (FOTO)

Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin aktual məsələləri müzakirə olunub.

News24.az xəbər verir ki, Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyasının 4-cü iclasında "Azərbaycan Hava Yolları" QSC-nin, Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.

İştirakçılar aviasiya təhlükəsizliyinin təmin edilməsinin mövcud vəziyyətini və onun gələcək inkişaf strategiyasını qiymətləndiriblər.

Aviasiya təhlükəsizliyi sahəsində yeni texnologiya və metodların tətbiqinə nəzər salınıb, hava limanının sərnişin və yük terminallarında təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib, həmçinin həyata keçirilən tədbirlərin təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb.

İclasın nəticəsi olaraq gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas istiqamətləri müəyyən edilib və onun təmin edilməsi üzrə tədbirlər görülüb.

İdarələrarası Komissiya mütəmadi olaraq Azərbaycanda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görüşlər keçirir.