Şəmkirdə avtomobil aşıb, yaralananlar var
    • 21-05-2023, 14:09
    • 265

Şəmkirdə avtomobil aşıb, yaralananlar var

Şəmkir rayon Çənlibel kəndində avtomobilin aşması nəticəsində sürücü və sərnişini yaralanıblar.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində 2003-cü il təvəllüdlü M.Əhmədov və həmyaşıdı S.Bayramov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Qeyd edək ki, qəza zamanı avtomobildə daha bir sərnişin də olub. Həmin şəxs qəzada xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır. /Report/