Patriarx Kirillin maşını qəzaya uğradı – VİDEO
    • 22-05-2023, 10:57
    • 200

Patriarx Kirillin maşını qəzaya uğradı – VİDEO

Rusiya paytaxtının mərkəzində “Aurus” markalı avtomobil qəzaya uğrayıb.

News24.az oxu.az-a istinadən bildirir ki, ilkin məlumatlara görə, avtomobil Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə məxsus olub.

Qəza Moskva vaxtı ilə səhər saat 6:30-da iki küçənin kəsişməsində baş verib. “Volvo” markalı avtomobil “Aurus”a çırpılıb. Toqquşma nəticəsində bir nəfər xəsarət alıb, lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Patriarxın özünün maşında olub-olmadığı hələlik məlum deyil.