Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb - FOTO - YENİLƏNDI
    • 11-05-2023, 20:53
    • 396

Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, 8 nəfər xəsarət alıb - FOTO - YENİLƏNDI

Cəlilabadda baş verən qəzada xəsarət alanlar kartof sahəsində çalışan fəhlələr olub.

Ilkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun sükanında yaranmış problem olub.

Sürücü idarəetməni itirib və mikroavtobus yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb.

Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /APA/

***

Saat 19:55

Cəlilabadda mikroavtobus qəzaya uğrayıb, 10-a yaxın yaralı var.

Hadisə köhnə Ələt-Astara avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, mikroavtobusun yoldan çıxaraq aşıb. Nəticədə 10-a yaxın şəxs xəsarət alıb.

Hazırda yaralılar xəstəxanaya aparılır.

Faktla bağlı araşdırma aparılır. /APA/