Türkiyədəki seçkilərin 2-ci turu üçün xaricdə nə qədər səs verilib? - Rekord
    • 23-05-2023, 09:47
    • 128

Türkiyədəki seçkilərin 2-ci turu üçün xaricdə nə qədər səs verilib? - Rekord

Türkiyədəki prezident seçkilərinin 2-ci turu üçün xaricdəki nümayəndəlik və gömrüklərdə səs verən seçicilərin sayı 1,5 milyonu ötüb.

News24.az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin Yüksək Seçki Qurumu  (YSK)  22 may saat 23.37 tarixinə xarici nümayəndəlik və gömrüklərdə səs verən seçicilərin ümumi sayının 1 milyon 500 min 26 nəfər olduğunu açıqlayıb. 

Xarici nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq. Gömrükdə isə mayın 28-i saat 17.00-dək davam edəcək.