-
- 23-05-2023, 23:40
- 248
Ukrayna neft nəqlinin tariflərini 25 faiz artırır
Ukrayna 2023-cü il iyunun 1-dən öz ərazisindən keçən “Drujba” magistral neft kəməri ilə neft nəqli tariflərini 25 faiz artırır.
News24.az xəbər verir ki, bu barədə “Transneft” şirkətinin saytında bildirilir.
2023-cü il iyunun 1-dən Ukrayna ərazisindən Slovakiya və Macarıstan istiqamətində boru kəmərinin nəqli tarifi 3,4 avro artaraq ton üçün 17 avro təşkil edəcək. Beləliklə, Ukrayna ərazisindən neft tranziti üçün tarif 25 faiz artacaq.
2022-2023-cü illər ərzində Ukrayna artıq öz ərazisindən Drujba kəməri ilə neft nəqlinin qiymətini iki dəfə qaldırıb. İlk artım 1 aprel 2022-ci ildə baş verib. Həmin vaxt Ukrayna tarifi üçdə bir artıraraq ton üçün 11,5 avroya çatdırmışdı. Daha sonra 2023-cü il yanvarın 1-dən Ukrayna ərazisindən Slovakiya və Macarıstan istiqamətində boru kəmərinin nəql tarifi daha 18,3 faiz artırılaraq ton üçün 13,6 avroya çatdırılıb.
Buna səbəb enerji infrastrukturunun zədələnməsi səbəbindən xərclərin artması olub.