İnsident baş verdiyi deyilən məktəbdən AÇIQLAMA
    • 25-05-2023, 16:37
    • 201

İnsident baş verdiyi deyilən məktəbdən AÇIQLAMA

Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında yaranan insidentlə bağlı təhsil ocağı açıqlama verib. 

News24.az-ın xəbərinə görə, məktəbdən Oxu.Az-a verilmiş məlumatda qeyd olunub ki, 25.05.2023-cü il tarixində X “ç” sinif şagirdinin (məlum səbəbdən şagirdin adı qeyd olunmur) valideyni məktəbə gələrək bildirib ki, Azərbaycan dili və ədəbiyyatı fənninin müəllimi Səhər Əhmədova onların evinə zəng edərək övladının ünvanına böhtan atıb.

Məsələ ilə bağlı müəllim və valideynlə görüş zamanı onlar arasında  insident yaşanıb.

Müəllimlə söhbət aparılıb, o, izahat verməkdən imtina edib. Məktəb rəhbərliyi tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra qanunauyğun tədbirlər görüləcək. Qeyd edək ki, həmin şagird idmanla məşğul olur və zərərli vərdişlərlə əlaqəsi yoxdur”.