Hikmət Hacıyev sabah Qriqoryanla görüşəcək
    • 29-05-2023, 16:18
    • 220

Hikmət Hacıyev sabah Qriqoryanla görüşəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək GLOBSEC 2023 Bratislava Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə Armen Qriqoryanın ofisi məlumat yayıb.

Forum mayın 30-da baş tutacaq.