Göyçayda iki avtomobil toqquşub, yaralananlar var
    • 29-05-2023, 17:47
    • 195

Göyçayda iki avtomobil toqquşub, yaralananlar var

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib.

Belə ki, "Toyota Prado" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.

Hadisə zamanı rayon sakinləri, 1993-cü il təvəllüdlü Eminov Vasif Maarif oğlu və 2004-cü il təvəllüdlü Mirzəliyev Vüsal İlqar oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.