"Rusiya KTMT ölkələrində mövcudluğunu gücləndirməlidir" - Senator
    • 30-05-2023, 14:07
    • 244

"Rusiya KTMT ölkələrində mövcudluğunu gücləndirməlidir" - Senator

"Rusiya KTMT ölkələrində mövcudluğunu gücləndirməlidir".

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının müdafiə komitəsinin rəhbəri Viktor Bondarev deyib. O, hesab edir ki, Vaşinqtonun Rusiyaya qarşı düşmənçilik siyasətinin güclənməsi xaricdə hərbi bazaların yaradılmasını zəruri edir:

“Soyuq müharibə dövründə SSRİ-nin Şərqi Avropada, eləcə də Cənub-Şərqi Asiyada (Vyetnam) və Kubada geniş hərbi bazalar şəbəkəsi var idi. İndiki vəziyyətdə Rusiya KTMT dövlətlərində, eləcə də Rusiya Federasiyası tərəfindən tanınan Abxaziya və Cənubi Osetiya respublikalarında, Dnestryanı bölgədə mövcudluğunu gücləndirməlidir".

O, həmçinin qeyd edib ki, Afrika dövlətləri ilə əlaqələr gücləndirməlidir:

"2008-2010-cu illərdə  Rusiya sülhməramlı kontingentinin olduğu Mərkəzi Afrika Respublikası (MR) öz ərazisində Rusiya hərbi bazasını yerləşdirmək istəyini bildirib. Bundan əvvəl Sudanla 300-ə qədər hərbi qulluqçudan ibarət bazanın yerləşdirilməsi haqqında saziş imzalanıb və bu baza dörd hərbi gəmiyə xidmət edə bilir. Ümid edək ki, ikinci Rusiya-Afrika sammiti və iqtisadi forum zamanı yeni razılaşmalara nail olunacaq və Rusiya Federasiyasının Afrika qitəsində hərbi mövcudluğunu genişləndirmək (hərbi bazaların sayını artırmaq) mümkün olacaq", - senator qeyd edib.

Onun fikrincə, bunun üçün bütün ilkin şərtlər var:

"Lazım olan isə liderlərin istəyi və siyasi iradəsidir".

Aynurə