Yayda əlləri neçə dəfə yumalıyıq?
    • 31-05-2023, 13:01
    • 168

Yayda əlləri neçə dəfə yumalıyıq?

Kənardan adi gigiyenik norma kimi görünsə də, əllərin yuyulması düşündüyümüzdən də vacibdir.

Təhlükəli patogenlərin, bakteriyaların və virusların yayılmasının qarşısını almaq üçün əllər gündə bir neçə dəfə sabun və su ilə yuyulmalıdır.

News24.az xəbər verir ki, bunu dermatoloq – onkoloq Natalya Dmitriyevskaya deyib. Onun sözlərinə görə, əllərin müntəzəm yuyulması bağırsaq infeksiyası riskini təxminən 30% azaldır.

“Tualetə getdikdən sonra, yemək hazırlamazdan əvvəl, çiy ət və balığa toxunduqdan sonra, ictimai yerlərə və nəqliyyatla getdikdən sonra əllər mütləq yuyulmalıdır. Müntəzəm əl yuma SARS və qripdən qorunmağın sübut edilmiş üsuludur. Ümumiyyətlə, su prosedurları dərini çirklərdən və ölü hüceyrələrdən təmizləyir, məsamələri açır və xoşagəlməz qoxuları aradan qaldırır. İş yerində isə əllər iş sonuna kimi 2 dəfə yuyula bilər”./medicina/