-
- 31-05-2023, 15:34
- 236
Ərdoğanın qələbəsi rusları hərəkətə keçirdi – Rekord nəticə
Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra Rusiyadan Türkiyəyə səfər edən turistlərin sayında artım müşahidə olunub.
News24.az xəbər verir ki, Rusiyaya məxsus tur şirkətləri səfərlərin bu həftə kəskin şəkildə yüksəldiyini qeyd ediblər.
“Bazar ertəsi səhər saatlarında Türkiyəyə turların satışında heç bir artım olmadı. Lakin bazar ertəsi günün sonuna qədər statistikamız əvvəlki həftənin orta gündəlik normasına nisbətən 50%, çərşənbə axşamı isə 40% artım göstərir”, - “Inturist” tur şirkətinin məlumatında deyilir.
Şirkət əlavə edib ki, Türkiyədə seçkilərin birinci turundan sonra turistlərin çoxu gözləmə mövqeyi tutublar - sifarişlər 20% azalıb.
Oxşar müşahidələri may ayında “Pegas Touristic” şirkəti də aparmışdı: Türkiyədə seçkilərin nəticələrinin açıqlanmasından sonra bu ölkəyə turların satışı 40% artıb.
Türkiyə kurortlarına səyahətlərin populyarlığının artması həm də məktəblilər üçün dərs ilinin bitməsi və yayın başlaması ilə əlaqələndirilə bilər. Gələcəkdə Türkiyənin populyarlığını hotellərin qiymət siyasəti müəyyən edəcək.
Akqabay