"Təhlükəsizlik qaydalarını tədrisə inteqrasiya etməliyik" - Araz Əsgərli
    • 1-06-2023, 12:27
    • 250

"Təhlükəsizlik qaydalarını tədrisə inteqrasiya etməliyik" - Araz Əsgərli

Məktəblərlə təhlükəsizlik mədəniyyəti başlığı altında dərs keçirilməsini istərdik. 

News24.az xəbər verir ki, bunu “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfransda çıxışı zamanı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, bura təkcə yol hərəkət qaydaları deyil, fövqəladə hallardan çıxış yolu, zərərli vərdişlərə yiyələnməmək, dövlət və dövlətçilik əleyhinə olan cərəyanlara qoşulmamaq kimi mövzular daxil edilsin.

"Təhlükəsizlik qaydalarını tədrisə inteqrasiya etməliyik. Birinci sinifdən başlayaraq 11-ci sinifə qədər bu tədris aparılmalıdır". 

Qumral ƏLİYEVA