-
- 5-06-2023, 16:28
- 272
Bakıda yanlış qoyulan yol nişanı təhlükə saçır — VİDEO
Bakının Süleyman Tağızadə və Abdulla Şaiq küçələrinin kəsişməsində, yoxuşun sonunda görünmə zonası məhdud olduğundan orada “2.5 - dayanmadan keçmək qadağandır” yol nişanı quraşdırılıb.
News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, hazırda qurum tərəfindən Bakı şəhərində yol şəbəkəsinin və yol hərəkətinin təşkilinə müasir texnologiyaların tətbiqi ilə yenidən baxılmaqdadır:
“Bu istiqamətdə hazırda bir neçə layihə işlənilir və mövcud yol şəbəkəsi təhlil olunur. Qeyd edilən ərazidəki yol nişanına da tədbirlər çərçivəsində yenidən baxılacaq”.
12:02
Bakıda yoxuşa qoyulan “stop” yol hərəkət (2.5 - “dayanmadan keçmək qadağandır”) nişanı sürücülərin narazılığına səbəb olub.
News24.az xəbər verir ki, bununla bağlı sürücülər sosial şəbəkələrdə paylaşım ediblər. Videogörüntüdə bildirilir ki, Süleyman Tağızadə küçəsi ilə Abdulla Şaiq küçəsinin kəsişməsində, yoxuşun sonunda “stop” nişanının qoyulması yanlışdır.
Belə ki, yoxuş istiqamətində hərəkət zamanı ani dayanma avtomobillər üçün ciddi təhlükə törədə bilər. Xüsusilə, qış aylarında, yolun buz bağlaması və ya hərəkət zamanı müşahidə olunan sıxlıqda avtomobillərin yoxuşun sonunda dayanması düzgün deyil.
Sürücülər iddia edir ki, Süleyman Tağızadə küçəsinin sonunda “stop” nişanı əvəzinə “yol ver” (2.4) nişanı qoyulmalı idi.
Sözügedən küçədən videogörüntünü təqdim edirik:/oxu.az/