Küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır — DTA
    • 6-06-2023, 11:57
    • 205

Küçə yeməkləri ilə bağlı konsepsiya hazırlanır — DTA

Milli küçə yeməklərinin hazırlanması istiqamətində konsepsiya üzərində iş aparılır.

News24.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu çərçivədə qutabın müxtəlif növlərinin təqdim olunması nəzərdə tutulur:

"Təəssüf ki, bizdə küçə yeməyi deyəndə dönər və lahmacun başa düşülür. Bu da Türkiyə mətbəxinə aiddir. Bizim milli yeməklərin də "streed food" modelinin hazırlanması önəmlidir".