Bakının əsas küçə və prospektlərindəki nəqliyyat sıxlığı var
    • 25-05-2021, 09:15
    • 389

Bakının əsas küçə və prospektlərindəki nəqliyyat sıxlığı var

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. 

News24.az
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Facebook" hesabında məlumat verib.

O bilkdirib ki, sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspress xətlər üzrə avtobuaların hərəkətində çətinliklər müşahidə olunur. Həmçinin hərəkət intervalında gecikmələr var.  

Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunan əsas küçə və prospektlər;

Heydər Əliyev prospekti şəhər istiqamətində
Qara Qarayev prospekti “Koroğlu” istiqamətində
Qələbə dairəsi ətrafı
Yusif Səfərov küçəsi
Afiyəddin Cəlilov küçəsi.