ABŞ Azərbaycan vətəndaşları üçün viza rüsumunu artırdı
    • 7-06-2023, 14:51
    • 178

ABŞ Azərbaycan vətəndaşları üçün viza rüsumunu artırdı

Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan vətəndaşları üçün viza rüsumunu 25 ABŞ dolları artırıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, iyunun 17-dən ziyarətçi viza daxil olmaqla, müəyyən qeyri-mühacir vizalar üçün rüsumlar 160 ABŞ dollarından 185 ABŞ dollarına çatdırılacaq.