Xersonda ölənlərin sayı ARTIR
    • 9-06-2023, 11:00
    • 122

Xersonda ölənlərin sayı ARTIR

Xerson vilayətində su elektrik stansiyasının dağılmasından sonra daşqın zonasında 84 yaşlı qadının cəsədi tapılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətindən məlumat verilib.

Qadının fəlakət nəticəsində ölən səkkizinci şəxs olduğu deyilir. 

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 5 nəfərin öldüyü deyilirdi. 

Qumral