Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
    • 10-06-2023, 00:25
    • 281

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb.

“Ford Tranzit" markalı avtomobil yolu keçən Sabirabad rayonunun Nizami kənd sakini, 1995-ci il təvəllüdlü Mansurov Əmrah Qabil oğlunu vuraraq öldürüb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır. /APA/