Xaçmazda 10 yaşlı uşaq kanalda batdı
    • 11-06-2023, 13:08
    • 252

Xaçmazda 10 yaşlı uşaq kanalda batdı

Samur-Abşeron kanalının Xaçmazın Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

News24.az xəbər verir ki, kənd sakini 2013-cü il təvəllüdlü, 4-cü sinif şagirdi Məhəmməd Elsəvər oğlu həmyaşıdları ilə kanalın ətrafında oynayarkən ehtiyatsızlıqdan kanala düşüb.

İlkin olaraq Xaçmaz Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Məhəmməd Elsəvər oğlunun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb.