NATO Sankt-Peterburqa 150 qırıcı göndərdi
    • 11-06-2023, 15:41
    • 245

NATO Sankt-Peterburqa 150 qırıcı göndərdi

Finlandiya bu yaxınlarda NATO-ya qoşulub, lakin rəhbərlik artıq ölkədə ən böyük hava təlimlərindən birini keçirib. Şimali Atlantika Alyansı Rusiya sərhədi yaxınlığında uçan 150 qırıcını səmaya qaldırıb. 

News24.az xəbər verir ki, bu barədə Amerikanın “19FortyFive” nəşrinin yaydığı məqalədə qeyd olunub.

Məlumata görə, NATO Finlandiyadakı təlimlər çərçivəsində Qərbdən Şərqə, Sankt-Peterburqa doğru təyyarələr göndərib. Qırıcılar yalnız Rusiya hava məkanına bir neçə kilometr qalanda əks istiqamətə keçiblər.

“Nevskiye Novosti”nin məlumatına görə, manevrlərin iştirakçıları blokun müxtəlif qırıcıları olub.

Turan