-
- 12-06-2023, 17:28
- 207
İranda körpələr evində molla uşaqlara İŞGƏNCƏ VERDİ
İranda mollanın rəhbərlik etdiyi körpələr evində uşaqlara işgəncə verilir.
News24.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb.
Bildirilib ki, Tehranda çıxan Etemad qəzeti sahibsiz uşaqlar üçün sığınacaq mərkəzində qalan azyaşlılara qarşı fiziki işgəncə və zorakılıq halları barədə məlumatlı mənbələrə istinadən sığınacaqdakı tərbiyəçilərin molla olduğunu yazıb.
Qəzet “Qalıcı əzab” başlıqlı xəbər dərc edərək, İranın “Mehr-e Mandeqar” Xeyriyyə Cəmiyyətinin nəzdində fəaliyyət göstərən körpələr evində 7-8 yaşlı uşağın gecə yatarkən “yerini islatdığına” görə işgəncəyə məruz qaldığını bildirib.
Hadisə ilə bağlı mərkəzin keçmiş dayələrindən biri deyib:
“Müəssisənin direktoru və bir dayə həmin uşağın əlini ütü ilə yandırıb, sonra da tarakanla dolu binanın köhnə hamamına bağlayıblar. Bir həftə ərzində yemək əvəzinə ona quru çörək və su veriblər”. /ednews/