Rusiya Berluskoninin dəfn mərasiminə dəvət edilmədi
    • 14-06-2023, 16:47
    • 197

Rusiya Berluskoninin dəfn mərasiminə dəvət edilmədi

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dəfn mərasiminə Rusiyadan nümayəndələr dəvət edilməyib.

News24.az xəbər verir ki , bunu prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, iyunun 14-də Milan kafedralında anım mərasimi, ardınca isə Milan yaxınlığındakı Berluskoni villasında dəfn mərasimi keçiriləcək.

“Biz hələ dəfn mərasimində əcnəbi iştirakçıların sayını bilmirik, lakin Rusiya tərəfi bu mərasimə dəvət olunmayıb”, - deyə Uşakov bildirib.

Xatırladaq ki, Silvio Berluskoni iyunun 12-də Milanda yerləşən San Raffaele xəstəxanasında 86 yaşında vəfat edib.

Qumral