Teymur Mustafayevin nəvəsinin köməyə ehtiyacı var
    • 15-06-2023, 16:00
    • 217

Teymur Mustafayevin nəvəsinin köməyə ehtiyacı var

Mərhum Xalq artisti Teymur Mutafayevin adını daşıyan nəvəsinin köməyə ehtiyacı var. 

T.Mustafayev bununla bağlı Axşam.az-a müraciət edib. O bildirib ki, yol qəzası keçirdib və ondan sonra səhhətində ciddi problemlər yaranıb:

"Qəza 2022-ci ildə baş verib. Onurğa beyin travmasından, əl və ayaqların iflic olmasından əziyyət çəkirəm. Yataq xəstəsiyəm, müalicəyə gücüm çatmır. Ayağa qalxmağım üçün bir neçə əməliyyat və uzun reabilitasiya prosesinə ehtiyacım var. Maddi gücüm çatmır. Bunun üçün yardım istəyirəm".

Teymur Mustafayevə yardım üçün bank hesabları:

Kapital bank: 4169738816556546
ATB- Azərtürk Bank: 4613860204042194 

Qeyd edək ki, Teymur əmi ləqəbli xanəndə 2020-ci ildə dünyasını dəyişib.