BDU-nun baş müəllimi vəfat etdi - FOTO
    • Bu gün, 15:42
    • 263

BDU-nun baş müəllimi vəfat etdi - FOTO


Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının baş müəllimi Şamil Alməmmədov vəfat edib.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, Şamil Alməmmədovun tədqiqat sahəsi türk dilinin qrammatik quruluşu olub. O, rus, türk və ərəb dillərini bilirdi. Şamil Alməmmədov fəaliyyəti dövründə 20-yə yaxın məqalə, proqram və kitabın müəllifi olub.