Toivo Klaar bu gün öz missiyasını başa vurur
    • Bu gün, 13:50
    • 66

Toivo Klaar bu gün öz missiyasını başa vurur


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün öz missiyasını başa vurur.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün mənim Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi son günümdür. Demək olar ki, 7 il əvvəl, 2017-ci ilin noyabrında işə başladığımdan bəri çox şey oldu. Bununla belə, bir şey dəyişməz olaraq qalır: Aİ-nin regiondakı qonşularımıza dayanıqlı və ədalətli sülh nail olmaqda kömək etmək öhdəliyi”, - paylaşımda vurğulanıb.