Laçın postundan avtomobillərin keçidi dayandırıldı
    • 15-06-2023, 16:48
    • 190

Laçın postundan avtomobillərin keçidi dayandırıldı

Hazırda Laçın sərhəd-keçid məntəqəsindən avtomobillərin keçidi dayandırılıb. Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər işləməyəcək.

News24.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

“Atışma erməni tərəfdən başlayıb, kim və nə üçün sərhədçilərimizi atəşə tutub, Ermənistan Silahlı Qüvvələrində bu cür əmrlər verən müxtəlif ünsürlər kimə və hansı mərkəzlərə xidmət edir, bu, Ermənistan xüsusi xidmət orqanlarının problemidir. Amma bu, Ermənistan dövlətini məsuliyyətdən azad etmir.

Hər kəsin nə düşündüyünü deyək. Qarabağ ermənilərinin reinteqrasiyası kimə daha az sərf edir, Laçın sərhəd-keçid məntəqəsinin fasiləsiz fəaliyyət göstərməsi kimə maraqlı deyil? Bunlar cavabı üzdə olan suallardır. Bununla bağlı bir sıra Rusiya KİV-lərində Rusiya Xarici İşlər Nazirliyindəki anonim mənbəyə istinadən ABŞ-ın guya Qarabağ ermənilərindən Bakı ilə üçüncü ölkədə danışıqlar aparmağı tələb etməsi, əks halda Azərbaycan Silahlı Qüvvələrinin xüsusi əməliyyatla onları hədələməsi ilə bağlı məlumatlar əlavə şübhələrə yol açır.

Biz bir şeyi bilirik - üçüncü ölkələrdə Qarabağ separatçıları ilə danışıqlar aparılmayacaq, eləcə də beynəlxalq nəzarət mexanizmləri olmayacaq. Bu cür məlumatlar yalnız əlavə əsəbilik yaratmaq və alternativ danışıq yollarını gözdən salmaq üçün edilir. Xankəndi, Xocalı, Ağdərə daxil olmaqla, bütün Qarabağ ərazisi üzərində suverenliyimiz müzakirə mövzusu deyil”, - məlumatda qeyd olunub.