“500 manata ehtiyacım yoxdur” - Qalmaqal böyüyür
    • 16-06-2023, 10:25
    • 562

“500 manata ehtiyacım yoxdur” - Qalmaqal böyüyür

Əməkdar artist Vasif Məhərrəmli müğənni-bəstəkar Elza Seyidcahanın onunla bağlı səsləndirdiyi qalmaqallı fikirlərə münasibət bildirib.

News24.az Olay-a istinadla xəbər verir ki, sənətçi Elzanın onu yaxınının yox, şəhid ailəsinin toyuna dəvət etdiyini söyləyib:

“Elza xanım bir dəfə zəng etdi. Dedi ki, şəhid ailəsi var. Bilmədim, şəhidin yaxın ailə üzvləridir, ya necə. Amma belə bir şey söylədi. Sonra dedi ki, 500 manat versələr, gəlib oxuyarsan? Dedim ki, Elza, heç nə lazım deyil, pulsuz oxuyacam. Dedi ki, pulsuz niyə, 500 manat verirlər də. Mən də söylədim ki, birincisi, şəhid ailəsidir, ikincisi, 500 manata ehtiyacım yoxdur. Əgər başqa toya çağırsan, qonorarımı deyərdim.

Sən elə toy demisən ki, burada pul danışmağa gərək yoxdur. O da mənimlə razılaşmadı. Dedi ki, ya 500 manat qonorarla oxuyacaqsan, ya da gəlmirsən. Yazıbalar ki, guya mən pul istəmişəm, belə bir şey olmayıb”.

Qeyd edək ki, Elza Vasifi yaxının toyuna çağırdığını, lakin onun az qonorarla razılaşmadığını bildirmişdi. Hətta Seyidcahan həmkarı haqda bildirib: “Dedi, pulsuz oxuyaram, amma az qonroara yox”.