Üçtərəfli bəyanata uyğun olaraq, İrəvan buna hazırdır! - Paşinyan ELAN ETDİ
    • 16-06-2023, 12:24
    • 389

Üçtərəfli bəyanata uyğun olaraq, İrəvan buna hazırdır! - Paşinyan ELAN ETDİ

“Demarkasiyanın əsaslarını müəyyənləşdirmək və faktiki demarkasiya və delimitasiya işlərinə başlamaq lazımdır”. 

News24.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Baş nazir bəyan edib ki, İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, regiondakı nəqliyyat-kommunikasiya xətlərini açmağa hazırdır.

“Regionda nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılmasına gəlincə, deyə bilərəm ki, Ermənistan ölkələrin suverenliyi, yurisdiksiyası, qarşılıqlılığı və bərabərliyi prinsiplərinə əsaslanaraq buna hazırdır”, - Paşinyan qeyd edib.

Akqabay