-
- 16-06-2023, 15:37
- 626
Nikol hücum əmri verdi, Bakı tezliklə Qarabağda... – Türk general sensasion detalları açdı
“Ermənilər dünən “Laçın” postunu atəşə tutdular, təxribat nəticəsində Azərbaycan hərbçisi yaralandı. Həmçinin sülhməramlılara da atəş açıldı. Azərbaycan bayrağına, hərbçisinə, ərazi bütövlüyünə qarşı edilən terror fəaliyyəti və sərhəddə Azərbaycan mövqelərinə toplar və dronlarla edilən hücum aktı qəbuledilməzdir”
Bu sözləri News24.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
O bildirib ki, Ermənistanın bu təxribatı törətməsinin pərdəarxasında bir neçə əsas detal var:
“Birincisi, Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəridir.
İkincisi, Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ilinin tamam olmasıdır.
Üçüncüsü, 15 iyun - Milli Qurtuluş Günü detalı.
Dördüncüsü, Ərdoğanın Azərbaycan səfərinin ardından jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin açılmasına İranın mane olduğunu söyləməsidir.
Beşincisi, zaman qazanma, Azərbaycanı hüququ pozan və terrorçu dövlət kimi göstərmək cəhdidir”.
Y.Karauz qeyd edib ki, Nikol Paşinyan baş nazir olsa da, bacarıqlı və qətiyyətli deyil. Onun bu səriştəsizliyi separatçıların terror fəaliyyəti ilə məşğul olmasına rəvac verir: “Paşinyan nə orduya, nə siyasətçilərə, nə də dövlət orqanlarına söz deyə bilir. O, sülh istəməklə, Ankaraya səfər etməklə, “Qarabağ Azərbaycandır” deməklə, “Türkiyə ilə münasibətlər tez bir zamanda normallaşmalıdır” söyləməklə, əslində sülhə gedən yolda Ermənistan cəmiyyətini hazırlayır. Lakin xalqı hazırlamaqla bərabər, dövlətin içərisindəki bəzi qüvvələrə heç bir söz deyə bilmir. Həmin qüvvələr İrana, Rusiyaya, Brüsselə qədər uzanır. Paşinyanın onlara gücü çatmır. O qüvvələr də hər mühüm görüş öncəsi terror törədirlər”.
General qeyd edib ki, sülh danışıqlarının getdiyi bir vaxtda Azərbaycan əsgərinə, bayrağına, Rusiya sülhməramlılarına silah tuşlamaq İrəvanın çox böyük yanlışdır: “Ermənilərin bu cür təxribatlarına qarşılıq Azərbaycan etməsi lazım olanı edir. Hərbi sahədə bir mərmiyə min mərmi ilə qarşılıq verilir. Rəsmi Bakı sülhə şans tanımaq adına diplomatik masadan da çəkilmir. Fəqət bunun bir sərhəddi var. Həm İlham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin tezliklə - bu ilin sonuna qədər açılması lazım olduğunu bəyan etdi, üçtərəfli bəyanata əməl edilməsinin vacibliyini qeyd etdilər. Əgər Zəngəzur dəhlizi bu ilin sonuna qədər açılmasa, terrorçular bölgədən çıxarılmasa və üçtərəfli bəyanatın icrası təmin edilməsə, Azərbaycan antiterror əməliyyatları həyata keçirəcək və separatçıları bölgədən çıxaracaq”.
Akqabay Mıradov