Fəhlələri aparan avtobus qəzaya düşdü: 3 nəfər yaralandı
    • 16-06-2023, 20:31
    • 305

Fəhlələri aparan avtobus qəzaya düşdü: 3 nəfər yaralandı

Xaçmazda fəhlələri aparan avtomobil qəzaya düşüb, 3 nəfər xəsarət alıb.

News24.az​​​-ın Report-a istinadən məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama yolunun 42-ci kilometrliyində qeydə alınıb.

Belə ki, "VAZ-Granta" markalı minik avtomobili ilə "Mersedes" markalı minik avtomobili toqquşub. Nəticədə Xudat şəhər sakinləri - 1982-ci il təvəllüdlü Süleymanova Yeganə Hədət qızı, 1962-ci il təvəllüdlü Qonaqova Yavər Xanbala qızı və Qusar rayon sakini, 1980-ci il təvəllüdlü Əlimuradov Rasim Abdulqədir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların rayonda işlədiyi bağdan evə qayıtdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.