“Bu günlərdə yenə də kəfəni yırtdım” - Afaq Bəşirqızı səhhətindən danışdı
    • 18-06-2023, 11:51
    • 675

“Bu günlərdə yenə də kəfəni yırtdım” - Afaq Bəşirqızı səhhətindən danışdı

Xalq artisti Afaq Bəşirqızı Tibb işçilərinin peşə bayramında “Elgizlə izlə” verilişinin qonağı olub.
 
O həkimlərinə təşəkkürünü bildirib.
 
“Elə bilirəm ki, bu gün doğum günümdür. Mən həkimləri çox sevirəm.  1995-ci ildən həkimlərlə sıx ünsiyyətdəyəm. Həkimlər mənim yaşam səbəbimdir. Onlara olan hörmətim, diqqətim və minnətdarlığım sonsuzdur. Kim nə deyir-desin, əsas mən deyəndir. 24 saatın 5-6 saatını həkimlər mənim qayğıma qalıb. Həkimlərin sayəsində bu günlərdə yenə kəfəni yırtdım. Özümü yaxşı hiss edirəm” deyə o bildirib.
 
Xalq artisti verilişdə 64 yaşında ana olan qadından da danışıb.
 
“Ürəyi istəyib, dünyaya uşaq gətirib, ana olub. Allaha da, onun məsləhətinə də qurban olum. Bu işdə heç kim bu qadına irad tuta bilməz. Özü istəyib, özü də dünyaya gətirib. Mən ona heç nə deyə bilmərəm. Uşağının bəhrəsini görsün” deyə o bildirib.