Astanada silahlı şəxs banka hücum etdi, insanları girov götürdü
    • 18-06-2023, 14:37
    • 315

Astanada silahlı şəxs banka hücum etdi, insanları girov götürdü

Astanada Kaspi Bankının Dostık küçəsində yerləşən şöbəsində silahlı şəxsin 7 nəfəri girov götürdüyü ehtimal edilir.

News24.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, peşəkar mütəxəssislər hazırda silahlı şəxslə danışıqlar aparır.

Hadisə yeninə Qazaxıstan DİN-nin xüsusi təyinatlı “Arlan” bölməsi cəlb olunub.